Bakıda iranlı narkobaronların narkokuryerlərinə qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıb

Bakıda iranlı narkobaronların narkokuryerlərinə qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıb
01.02.2023 16:52
Aa
dəq

Bakıda iranlı narkobaronların narkokuryerlərinə qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıb, 114 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Pünhan”, “Baba”,“Peyman”, “Araz” və s... şərti adları altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 36 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 114 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Qeyd edilən şəxslərlə bərabər narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 30 nəfər də saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan Pənah Quliyev, Ceyhun Abdullayev, Anar Əsgərli, Kamran Nəzərli, Xəyal Xəlilov, Kənan və Kamran Aslanov qardaşları ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

"Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu