Bakıda illər əvvəl törədilmiş qətlin üstü açılıb

Bakıda illər əvvəl törədilmiş qətlin üstü açılıb
24.06.2023 15:29
Aa
dəq

Bakıda 26 il əvvəl törədilmiş qətlin üstü açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatnda bildirilib.

Belə ki, ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir. Bu istiqamətdə Bakı şəhəri Nizami Rayon Prokurorluğu və rayon polis idarəsi tərəfindən 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktına dair başlanmış cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində 26 il əvvəl törədilmiş qətlin üstü açılaraq, cinayətin əvvəllər qəsdən adam öldürmə və sair əməllərə görə məhkum olunmuş Kərim Kərimli tərəfindən mübahisə zəminində xüsusi amansızlıqla törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimli Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən illərdən bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin icrası davam etdirilir.had

Həftənin ən çox oxunanları

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb
DAVAMIN OXU davamın oxu

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
DAVAMIN OXU davamın oxu