Operativ Məlumat Mərkəzi

Bakıda içərisində 17 800 manat pul olan çanta oğurlanıb

1 dəq
Paylaş:
Bakıda içərisində 17 800 manat pul olan çanta oğurlanıb

Bakıda içərisində 17 800 manat pul olan çanta oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17 800 manat pul olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

Keçirilən operativ tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rövşən Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər