Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir

Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir
06.09.2024 10:17
Aa
dəq

Bakıda yerli və xarici dövlət rəsmilərinin də iştirak etdiyi "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Turkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər rəsmilər iştirak edirlər.

İki sessiyadan ibarət olan konfransda Azərbaycanın ev sahibliyi etdiyi COP29 üzrə planlar və gözləntilər, Beynəlxalq Hakimlər İttifaqının ətraf mühit hüququ sahəsində rolu, ekoloji ədalət mühakiməsinə regional və beynəlxalq səviyyədə çıxışa dair məhkəmə əməkdaşlığı üzrə təcrübə, iqlim dəyişikliyi üzrə məhkəmə mübahisələri - beynəlxalq və milli müstəvidə mövcud olan tendensiyalar və uğurlu nümunələr, həmçinin iqlim dəyişikliyi üzrə beynəlxalq hüquqi baza - BMT-nin iqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Paris Sazişinin əsas tələbləri və digər mövzular müzakirə ediləcək.

Həftənin ən çox oxunanları

Avropa komissarı Pre-COP29 çərçivəsində aparılan müzakirələrin səmərəliliyini qeyd edib

Avropa komissarı Pre-COP29 çərçivəsində aparılan müzakirələrin səmərəliliyini qeyd edib
DAVAMIN OXU davamın oxu

Braziliya Prezidenti COP29-da iştirak edəcək

Braziliya Prezidenti COP29-da iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Muxtar Babayev Cənubi Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib

Muxtar Babayev Cənubi Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib
DAVAMIN OXU davamın oxu

Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
DAVAMIN OXU davamın oxu