Əsas məzmuna keç

Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq olub

Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq olub

atəşfəşanlığı Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər. Qeyd edək ki, Yeni il münasibətilə...

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, atəşfəşanlığı Dənizkənarı və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb.

Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər.

Ötən Qələbə və Zəfər ilini xoş ovqatla yola salan xalqımız 2024-cü ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…