Bakıda dənizçilər üçün sığorta məhsullarının təqdimatı olub

Bakıda dənizçilər üçün sığorta məhsullarının təqdimatı olub
17.10.2023 16:17
Aa
dəq

Bu gün "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşkilati dəstəyi, "Liman Sığorta və Təkrarsığorta Brokeri", "United Alliance Group", "ZenithSurvey", "Azerbaijan Maritime Registry of Shipping" şirkətlərinin sponsorluğu ilə Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfransı baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Konfransda "Liman Sığorta və Təkrarsığorta Brokeri" şirkətinin Anderraytinq və Təkrarsığorta şöbəsinin müdiri Aydan Alxaszadə açılış nitqi ilə çıxış edib.

O, çıxışında konfransın məqsədi, sığortanın və təkrarsığorta brokerinin iqtisadiyyatdakı əhəmiyyəti barədə məlumat verib.

Konfransda ASA ilə yanaşı, Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin, Türkiyənin Sığorta İnstitutu Fondunun, Türkiyə Sığortaçılar Assosiasiyasının eləcə də sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri, çoxillik təcrübəyə malik dənizçilər, bir sıra dövlət qurumlarının və sığorta sahəsində yerli mütəxəssislər, iştirak ediblər.

ASA-nın icraçı direktoru Elmar Mirsalayev konfansda çıxış edərək sığorta sektorunun inkişafı və dənizçilərə bu sahədə dəstəyi barədə ətraflı məlumat verib. O, bu konfransın dənizçilər üçün əhəmiyyətini yüksək qiymətləndirib.

Konfransın gedişində iştirakçılar dənizçilərin sığorta sahəsində maarifləndirilməsi, sığorta brokerinin dənizçilər üçün əhəmiyyəti, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafı, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydası barədə geniş təqdimatla çıxış ediblər.

Konfrans çərçivəsində sığorta şirkətləri tərəfindən dənizçilər üçün sığorta məhsullarının təqdimatı da yer alıb. Təqdimat zamanı "Dənizçi kasko" haqqında geniş məlumat verilərək onun əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda "United Alliance Group" dənizçilər üçün yeni yaradılmış Dənizçiyə Könüllü Dəstək qaynar xətti platforması və onun faydası barədə ətraflı məlumat verib.

Daha sonra mövzular ətrafında geniş müzakirələr aparılıb və dənizçilərin sualları ətraflı cavablandırılıb.

Həftənin ən çox oxunanları

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb
DAVAMIN OXU davamın oxu

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanın sığorta bazarı 8 % böyüyüb

Azərbaycanın sığorta bazarı 8 % böyüyüb
DAVAMIN OXU davamın oxu