Əsas məzmuna keç

Bakıda bu səbəbə görə su yoxdur - RƏSMİ ACIQLAMA

Bakıda bu səbəbə görə su yoxdur - RƏSMİ ACIQLAMA

Oğuz-Qəbələ su kəmərinin qəzası aradan qaldırılır, alternativ mənbələrdən su verilir. Rəsmi açıqlama.

Oğuz-Qəbələ vasitəsilə içməli su ilə təmin olunan ərazilərə mənbələr hesabına suyun verilməsi üçün bütün işlər görülür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Reporta açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.

O bildirib ki, indiki məqamda suyun bütün evlərə gəlib çatmasında problem var:

"Çünki Oğuz-Qəbələ xəttindən əlavə xətlərlə şəhərə gələn su digər əraziləri qidalandırır. Bütün bu kimi təbii çətinliklərə baxmayaraq, müxtəlif qrafiklər üzrə qısa zaman müddətində sakinlərə su verilir".

Qeyd edək ki, Oğuz-Qəbələ kəmərində təmir-bərpa işləri aparması nəicəsində Bakının Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsində problem yaranıb. Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-da axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…