Əsas məzmuna keç

Bakıda bu məktəblərdə tədris sentyabrın 2-si başlayacaq - RƏSMİ

Bakıda bu məktəblərdə tədris sentyabrın 2-si başlayacaq - RƏSMİ

Bakıda bəzi özəl məktəblərdə dərslər sentyabrın 2-9-da başlayacaq. Valideynlərə bildiriş göndərilib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Belə ki, bir sıra özəl liseylər yeni ilinin 2-3-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıb.

Məsələni dəqiqləşdirmək üçün bəzi liseylərlə əlaqə saxlanıb.

Sorğuya cavabda məlum olub ki, "Bakı Atatürk "ndə yeni tədris 1, 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 9-dan, "İdrak liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Kaspi liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Baku-Oxford School"da yeni tədris ilinə bütün siniflər üzrə sentyabrın 2-dən, məktəbəqədər hazırlıq qrupları üzrə isə sentyabrın 3-dən başlanılacaq.

"LANDAU School"da ingilis dili sektoru üzrə ibtidai siniflər sentyabrın 2-dən, yuxarı siniflər isə sentyabrın 3-dən dərslərə cəlb olunacaq.

Xatırladaq ki, bu il Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Bununla yanaşı, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, rayonunda peşə, orta ixtisas və pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…