Operativ Məlumat Mərkəzi

Bakıda bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

2 dəq
Paylaş:
Bakıda bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
həmin ərazilər aşağıdakılardır: - 07 sentyabr 2025-ci il tarixindən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli...

Bakı şəhərinin küçələrində aparılacaq təmir işləri ilə əlaqədar bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (tam bağlanma nəzərdə tutulmur).

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin ərazilər aşağıdakılardır:

- 07 sentyabr 2025-ci il tarixindən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;

- 07 sentyabr 2025-ci il, saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində).

Bu səbəbdən, sürücülərdən parılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər