Operativ Məlumat Mərkəzi

Bakıda bank hesabından 16 min oğurlanıb

1 dəq
Paylaş:
Bakıda bank hesabından 16 min oğurlanıb
Bakıda vətəndaşların bank hesablarından 16 min manatdan çox pul oğurlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyinin (DİN)...

Bakıda vətəndaşların bank hesablarından 16 min manatdan çox pul oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 nəfərin bank hesablarından ümumilikdə 16 702 manat pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Rzazadə saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər