Bakıda avtomobillə motosiklet toqquşub, yolda sıxlıq yaranıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyat İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bildirilib ki, hadisə paytaxtın Heydər Əliyev prospekti ilə üzü metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.
Hazırda yolda böyük sıxlıq müşahidə olunur.