Əsas məzmuna keç

Bakıda atmosferi çirkləndirən iaşə obyekti barədə protokol tərtib olunub

Bakıda atmosferi çirkləndirən iaşə obyekti barədə protokol tərtib olunub

bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin...

şəhəri, Yasamal rayonu ərazisində, Milli Elmlər Akademiyasının qarşısındakı parkda xidməti göstərən obyektdən havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı səyyar iaşə obyektinin istifadəçisi Orhan Rüstəmzadə barəsində akt, tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…