Operativ Məlumat Mərkəzi

Bakıda 9 otaqlı evdə yanğın olub

1 dəq
Paylaş:
Bakıda 9 otaqlı evdə yanğın olub
Bakıda 9 otaqlı evdə yanğın olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu...

Bakıda 9 otaqlı evdə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olan ikimərtəbəli 9 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər