Bakıda 77 nömrəli avtobusda sərnişindaşımanın keyfiyyəti yaxşılaşdırılacaq

Bakıda 77 nömrəli avtobusda sərnişindaşımanın keyfiyyəti yaxşılaşdırılacaq
26.05.2023 16:08
Aa
dəq

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə 77 nömrəli müntəzəm marşrut xətti (Yeni Yasamal, Ə.Əhmədov küçəsi-M.F.Axundov bağı) üzrə sərnişindaşımalarının keyfiyyəti yaxşılaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentliyin tələbinə uyğun olaraq iyunun 1-dən 77 nömrəli marşrut üzrə müasir standartlara uyğun sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərəcək. Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada "BakıKart" vasitəsi ilə həyata keçiriləcək.

Məlumat üçün qeyd edək aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciətləri daxil olub.

Həftənin ən çox oxunanları

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu