Operativ Məlumat Mərkəzi

Bakıda 6 kq çəkidə körpə doğulub

1 dəq
Paylaş:
Bakıda 6 kq çəkidə körpə doğulub
{"az":"Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib. KTM-dən \"Operativ Məlumat...","en":"","ru":""}

Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib.

KTM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.

Qeyd olunub ki, müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Məlumata görə, hazırda körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti isə stabil qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər