Operativ Məlumat Mərkəzi

Bakıda 34 yaşlı qadını öldürən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda 34 yaşlı qadını öldürən şəxs saxlanılıb

Avqustunda 5-də saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi İlə cinayət işi başlanaraq istintaq aparılır.

Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər