Bakı və Qazaxda qanunsuz əhəngdaşı hasilatı faktı aşkarlanıb

Bakı və Qazaxda qanunsuz əhəngdaşı hasilatı faktı aşkarlanıb
27.12.2023 16:01
Aa
dəq

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax rayonu və Bakı şəhəri ərazisində qanunsuz əhəngdaşı hasilatı faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumdan məlumat verilib.

Araşdırmalar zamanı Qazax rayonu ərazisində yerləşən “Həcərli Qaya” əhəngdaşı yatağında “İncəli Kiçik Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri və paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında naməlum şəxs(lər)in vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahəsini zəbt etmələrsi və qanunsuz hasilat aparmaları nəticəsində təbiətə 109 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar olunan qanunpozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Həftənin ən çox oxunanları

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda
DAVAMIN OXU davamın oxu

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub
DAVAMIN OXU davamın oxu

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu