Operativ Məlumat Mərkəzi

Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb

1 dəq
Paylaş:
Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər