Əsas məzmuna keç

Bakı və Abşeron yarımadasında temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakı və Abşeron yarımadasında temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakıda və yarımadasında müşahidə olunan temperatur normasından 7.5 dərəcə aşağıdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi , çovğun müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında 3 dərəcə qeydə alınır ki, bu da iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir.

Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Hava proqnozu

14° Bakıda indiArabir yağış
  1. Bu gün Çiskin 14° 11° yağış 76%
  2. Sabah Tutqun 17° 13°
  3. Birisi gün Az buludlu 14° 8° yağış 83%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…