Operativ Məlumat Mərkəzi

Bakı sakinləri Cəlilabadda külli miqdarda narkotiklə tutulublar

1 dəq
Paylaş:
Bakı sakinləri Cəlilabadda külli miqdarda narkotiklə tutulublar
Cəlilabadda saxlanılan paytaxt sakinlərindən 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanıb. DİN-in Mətbuat...

Cəlilabadda saxlanılan paytaxt sakinlərindən 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıblar.

Keçirilən baxış zamanı O.Quliyevin əlindəki qara rəngli torbadan və M.Quliyevin üzərindən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qətranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər