Bu gün "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.