Əsas məzmuna keç

Bakı metrosu “Qarabağ”ın oyunu üçün iş rejimini dəyişir

Bakı metrosu “Qarabağ”ın oyunu üçün iş rejimini dəyişir

UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində keçiriləcək matçla bağlı paytaxtın yeraltı nəqliyyatında hərəkət qrafiki necə tənzimlənəcək?

en ru

Sabah UEFA Avropa Liqasının I mərhələsində "" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə " Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, oyun ərəfəsində yaxınlıqda "Gənclik" stansiyası "Bakı Metropoliteni"nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…