Əsas məzmuna keç

Bakı-Kişineu birbaşa uçuşları başladı

Bakı-Kişineu birbaşa uçuşları başladı

Azərbaycan və Moldova arasında hava əlaqəsi bərpa olundu. Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən reyslər barədə detalları öyrənin.

en ru

Moldovanın aşağıbüdcəli aviaşirkəti "FLYONE" ilə arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata əsasən, yeni marşrut üzrə iyulun 16-da həyata keçirilən ilk Bakı aeroportunda qarşılanıb.

Bildirilib ki, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.

"FLYONE" aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək. Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı "FLYONE" aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…