Operativ Məlumat Mərkəzi

Bakı-Ələt yolunda yük maşını yanıb

1 dəq
Paylaş:
Bakı-Ələt yolunda yük maşını yanıb
hadisə bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolun 55-ci kilometrliyində qeydə alınıb. Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd...

Bakı-Ələt yolunda yük maşını yanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolun 55-ci kilometrliyində qeydə alınıb.

Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı iri həcmli yük maşınında hərəkətdə olarkən yanğın baş verib.

Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək şəxsi heyət və yanğınsöndürən avtomobili ilə qısa müddətdə yanğın söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər