AZMİU-nun əməkdaşı vəfat edib

AZMİU-nun əməkdaşı vəfat edib
09.03.2023 14:15
Aa
dəq

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı vəfat edib.

Universitetdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, hadisə bu gün səhər saatlarında olub:

“Universitetin Fizika və kimya kafedrasının böyük laborantı Aybəniz Kosayeva işə gəlib və qəfil halı pisləşib. Universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin təshihinə görə, onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir”.

Qeyd edək ki, A.Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində anadan olub. O, 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin texnologiyası ixtisasını bitirib.

A.Kosayeva 1975-ci ildən Memarlıq və İnşaat Universitetinin Kimya kafedrasında (indiki Fizika və Kimya) işləyib.

 

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu