Operativ Məlumat Mərkəzi

"Azərsu" Tarif Şurasına müraciət edib? - AÇIQLAMA

1 dəq
Paylaş:
"Azərsu" Tarif Şurasına müraciət edib? - AÇIQLAMA
bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. “Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri...

“Azərsu” ASC tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”, - deyə məlumatda bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər