“Azərenerji” ASC-nin Nizamnaməsi təsdiqlənib

“Azərenerji” ASC-nin Nizamnaməsi təsdiqlənib
24.04.2025 13:09
Aa
dəq

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

Nizamnamə ilə buradan tanış olmaq mümkündür.

Sənədə əsasən, cəmiyyətin nizamnamə kapitalı 2,460 milyard manat müəyyənləşib. Onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 20 manat olan 123 milyon ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Həftənin ən çox oxunanları