Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji əlaqələrinin inkişafı müzakirə edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BƏƏ-nın Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə enerji əlaqələrimizin inkişafına dair müzakirələr apardıq. Ölkələrimiz arasında Hərtərəfli Strateji Tərəfdaşlıq çərçivəsində neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, regional enerji dəhlizləri və logistika üzrə əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirdik", - deyə o qeyd edib.