Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi

2 dəq
Paylaş:
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi

axtarışda olan 1979-cu il təvəllüdlü Dovletgeldi Nursaxedoviçi Türkmənistana təhvil verib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sözügedən şəxsin məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma cinayətlərinin törədilməsində təqsirləndirilərək, axtarışa verilmiş Dovletgeldi Başımov 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax