Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib

2 dəq
Paylaş:
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib

Cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Qırğız Respublikasının vətəndaşı - 1994-cü il təvəllüdlü Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Rusiyada və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayətini törətməkdə təqsirləndirilərək axtarışa verilmiş Tadzhimatov Kamoliddin Salicanoviç 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax