Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
03.08.2024 17:06
Aa
dəq

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev onlayn görüş zamanı sosial sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Özbəkistan KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, “Özbəkistan və Azərbaycan ərazisində müvəqqəti olan iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsi haqqında” hökumətlərarası saziş layihəsi görüşdə əsas müzakirə mövzusu olub.

“Nazirlər əmək müfəttişliyi, əmək müqavilələrinin elektron platforması və elektron audit məsələləri daxil olmaqla praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin əsas istiqamətlərini müəyyən ediblər. Bundan başqa, Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin monomərkəzləri ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə təhsili mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, habelə risk analizi sistemi vasitəsilə əmək qanunvericiliyinin pozulması hallarının müəyyən edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması müzakirə edilib.

Özbəkistanda Azərbaycanın DOST və “Əmək və Məşğulluq” (ƏMAS) elektron sistemlərinin, eləcə də əmək arbitrajı təcrübəsinin tətbiqi imkanlarına xüsusi diqqət yetirilib”, - məlumatda qeyd olunub.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu