Azərbaycanla Litva arasında İşgüzar Şura yaradılıb

Azərbaycanla Litva arasında İşgüzar Şura yaradılıb
23.05.2023 16:27
Aa
dəq

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası (LPK) arasında Azərbaycan-Litva İşgüzar Şurasının yaradılması üzrə Saziş imzalanıb.

ASK-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sazişin imzalanması Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə keçirilən Litva – Azərbaycan biznes forumu çərçivəsində baş tutub.

Sənədə əsasən, İşgüzar Şura, hər iki ölkə, Azərbaycan və Litvadan olan tərəfdaş institutlar arasında biznes əlaqələrini təşviq etmək, əməkdaşlıq istiqamətləri və bu istiqamətdə qarşıya çıxacaq məsələləri konsolidasiya etmək hədəfi daşıyır. İşgüzar Şuranın üzvləri təşkilatların üzvlərindən formalaşacaq. Qurum Azərbaycan Respublikası və Litva Respublikası sahibkarları arasında ticari və iqtisadi əlaqələrin təşviqinə və genişləndirilməsinə qarşılıqlı yardım etmək və töhfə vermək üçün bütün istiqamətlərdə fəaliyyət göstərəcək.

Şuranın ilk iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.

Dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələrinin də iştirak etdiyi forumda çıxış edən ASK-nın prezidenti Məmməd Musayev ölkəmizdə investisiya mühiti, sahibkarlığın inkişafı, eləcə də Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq imkanları barədə fikirlərlərini də bölüşüb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu