Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB

Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
30.11.2023 22:00
Aa
dəq

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətrafında müzakirələr aparılıb.

Parlamentlərarası dialoqun, qarşılıqlı səfərlərin və ATƏT PA çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə C.Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb, Azərbaycanın Qarabağ bölgəsində anti-terror tədbirlərinə gətirən səbəblər barədə məlumat verib.

Görüşdə həmçinin, sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan və Ermənistan arasında normallaşmaya dair ölkəmizin mövqeyi diqqətə çatdırılıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hərbi-siyasi təxribatları diqqətə çatdırılıb.

C.Bayramov Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq, bölgədə sülh və sabitliyin bərqərar olunmasına ölkəmizin sadiqliyini bir daha vurğulayıb.

Ermənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib.

ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola biləcəyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov kopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında ATƏT PA-nın sədri Pia Kauma ilə görüşündə Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, C.Bayramov bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

P.Kaumaya münaqişədən sonrakı regional vəziyyət və sülh prosesinin perspektivləri barədə məlumat verilib.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu