Azərbaycanın Gürcüstan ilə quru sərhədləri açıla bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında yazıb.
Qeyd edilib ki, Azərbaycan ilə Gürcüstanın dostluq münasibətlərinin davam etməsi, gələcəkdə münasibətlərimizin inkişafı, hətta quru sərhədlərin açılması 26 oktyabr tarixindən keçiriləcək seçkilərdə "Gürcü Arzusu" partiyasının qalib gəlməsindən asılıdır.