Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda təlim keçib, şərti düşmənin obyektlərinə basqın edilib

Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda təlim keçib, şərti düşmənin obyektlərinə basqın edilib
05.04.2024 16:21
Aa
dəq

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti komanda-qərargah təlimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub. Komanda-qərargah təliminə cəlb olunan tank, artilleriya, hava hücumundan müdafiə və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

Təlimin gedişində xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində, çətin keçidli dağ və qayalıq ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları, o cümlədən şərti düşmənin vacib obyektlərinə basqın fəaliyyətləri yerinə yetirilib. Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Təlimin yekununda əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Həftənin ən çox oxunanları

Bakıda yeni avtomobil yolu tikilir - VİDEO

Bakıda yeni avtomobil yolu tikilir - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda Hindistan vətəndaşı saxlanılıb - VİDEO

Bakıda Hindistan vətəndaşı saxlanılıb - VİDEO
DAVAMIN OXU davamın oxu

Orduda tank bölmələri ilə təlim keçirildi

Orduda tank bölmələri ilə təlim keçirildi
DAVAMIN OXU davamın oxu

Vətəndaşlardan “beh” alan dələduz saxlanılıb

Vətəndaşlardan “beh” alan dələduz saxlanılıb
DAVAMIN OXU davamın oxu

XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib

XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib
DAVAMIN OXU davamın oxu