Azərbaycanın XİN başçısı Avropa Şurasının zirvə görüşündə çıxış edib

Azərbaycanın XİN başçısı Avropa Şurasının zirvə görüşündə çıxış edib
17.05.2023 17:31
Aa
dəq

Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, o, Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib.

Bu xüsusda, Azərbaycanın hər zaman olduğu kimi konstruktiv dialoqa və birgə fəaliyyətə hazır olduğu diqqətə çatdırılıb.

Çıxış zamanı, öz müstəqilliyini əldə etdiyi andan ərazi bütövlüyünün, suverenliyinin pozulması, hərbi işğal faktı ilə üzləşən bir ölkədən, qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilən Azərbaycanın 30 ilə yaxın davam etmiş münaqişənin bitməsindən sonra bölgədə sülh gündəliyinin təşəbbüskarı olduğu bildirilib.

C.Bayramov, regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün şanslarla zəngin post-münaqişə dövründə danışıqlar prosesi çərçivəsində əldə olunmuş uğurların azlığına baxmayaraq, Azərbaycanın prosesin irəlilədilməsində qərarlı olduğunu, habelə qarşı tərəfdən də eyni yanaşmanı gözlədiyini qeyd edib.

Bununla yanaşı, Azərbaycanın münaqişə nəticəsində fundamental hüquqlarından məhrum olmuş vətəndaşlarımızın öz yurdlarına qayıdışını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı, habelə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası istiqamətində əməli tədbirlər istiqamətində niyyət vurğulanıb.

Bununla yanaşı, Ermənistan tərəfindən mina təhdidinin davam etdirilməsinin və səhih mina xəritələrinin təqdim olunmamasının görülən işlərə maneə törətdiyi diqqətə çatdırılıb.

Nazir eyni zamanda, Ermənistanın 30 illik təcavüzü nəticəsində 4000-ə yaxın itkin düşmüz azərbaycanlıdan hələ də xəbər olmadığı və Ermənistanın bu istiqamətdə məlumatları bölüşməkdən imtina etdiyini bildirib.

Həftənin ən çox oxunanları

XİN: Ermənistana edilən hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

XİN: Ermənistana edilən hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək
DAVAMIN OXU davamın oxu

Britaniya səfiri Azərbaycanın media işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib

Britaniya səfiri Azərbaycanın media işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Şuşada fransız kolonializminə dair hesabat təqdim edilib

Şuşada fransız kolonializminə dair hesabat təqdim edilib
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev: Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib

Hikmət Hacıyev: Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib
DAVAMIN OXU davamın oxu

Bu gün Şuşada BTQ-nin sifarişi ilə yazılmış neokolonializmlə bağlı hesabatın təqdimatı olacaq

Bu gün Şuşada BTQ-nin sifarişi ilə yazılmış neokolonializmlə bağlı hesabatın təqdimatı olacaq
DAVAMIN OXU davamın oxu