Azərbaycanın xarici işlər naziri Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb
13.11.2023 22:46
Aa
dəq

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində Krallığın Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan və Mərakeş arasında ikitərəfli, habelə çoxtərəfli platformalarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq perpektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

İkitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Hörmət və etimada əsaslanan parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi əminliklə qeyd olunub, bu xüsusda qarşılıqlı yüksək səviyyəli səfər mübadilələrinin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında ikitərəfli qanunvericilik bazasının inkişafının, səfər çərçivəsində iki ölkə arasında enerji, logistika, ətraf mühit və digər istiqamətlərdə imzalanmış müqavilələrin ikitərəflü münasibətlərə müsbət töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın uzun illər ərzində ölkəmizin ərazilərini işğal altında saxlaması, post-münaqişə dövründə bölgədə vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu