Azərbaycanın Rusiyadakı hərbi attaşelik aparatının nümayəndələri Moskvada keçirilən iclasda iştirak ediblər

Azərbaycanın Rusiyadakı hərbi attaşelik aparatının nümayəndələri Moskvada keçirilən iclasda iştirak ediblər
16.02.2024 11:41
Aa
dəq

Azərbaycanın Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. Həmçinin, müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda iclasın gedişi və aparılmış müzakirələrə dair protokol imzalanıb.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu