Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
22.09.2024 19:07
Aa
dəq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sesssiyasının “Yüksək Səviyyəli Həftə”si öz işinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BMT-yə üzv 193 ölkədən ölkə liderlərini, dövlət və hökümət nümayəndələrini bir araya gətirən ənənəni həftənin ilk iki günündə Gələcək naminə Sammitin (Summit for the Future) açılışı olub.

Zirvə BMT-nin Baş katibi Antoniu Quterriş və BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Fliemon Yanqın (Philemon Yang) sədrliyi ilə baş tutub.

Toplantıda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara səmərəli uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olma yolları, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəliyi əsas müzakirə mövzusudur.

Sammitdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.

“Gələcək Sammiti Gələcək naminə Paktının qəbulu ilə yenicə başlayıb. Sammit bütün bəşəriyyət və gələcək nəsillər naminə iqlim böhranı da daxil olmaqla, indi və gələcəkdə qarşılaşdığımız problemləri necə idarə edəcəyimizi müzakirə etmək üçün platforma olacaq”, – xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə yazıb.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu