Hücuma məruz qalan NATO missiyasının rəhbəri danışdı - YENİLƏNİB

Hücuma məruz qalan NATO missiyasının rəhbəri danışdı - YENİLƏNİB
07.08.2024 14:10
Aa
dəq

"5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərlərimizdəki əşyaların onlara verilməsini tələb etmişlər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə ona qarşı hücumla bağlı APA informasiya agentliyinin müxbirinin sualına cavabında deyib.

"Onlar xanımımın çantasını və qollarımızdakı rolex model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşmışlar. Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlamışdır. Polis tərəfindən verilmiş məlumata əsasən hal-hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir. Həmçinin qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar rolex markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub", - açıqlamada qeyd olunub.

***

Azərbaycanın NATO missiyasının rəhbəri Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə qarət edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sudinfo.be" məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, hücum edənlər cütlüyün başına tapança ilə zərbələr endirib və onların 90 min avro dəyərində olan "Rolex" saatını alıblar.

Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycanın NATO missiyasının rəhbəri təyin edilib.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu