Operativ Məlumat Mərkəzi

Azərbaycanın iki rayonuna yeni polis rəisləri təyin edilib

1 dəq
Paylaş:
Azərbaycanın iki rayonuna yeni polis rəisləri təyin edilib

Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər