Azərbaycanın iki boksçusu finala yüksəlib

Azərbaycanın iki boksçusu finala yüksəlib
18.11.2023 10:54
Aa
dəq

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında finalçılar bəlli olub.

Azərbaycan Boks Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yarımfinal döyüşlərinin nəticəsinə əsasən Azərbaycan millisinin 2 idmançısı həlledici görüşə vəsiqə əldə edib.

Nicat Hüseynov (51 kiloqram) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib.

N. Hüseynovun uğurunu 57 kiloqram çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçu finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Millinin 3 boksçusu isə bürünc medalını rəsmiləşdirib. Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) Avropa çempionatını 3-cü pillədə başa vurublar.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Həftənin ən çox oxunanları

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
DAVAMIN OXU davamın oxu

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər
DAVAMIN OXU davamın oxu

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək
DAVAMIN OXU davamın oxu

"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

DAVAMIN OXU davamın oxu