Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30.06.2024 12:26
Aa
dəq

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir 1-3 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində iştirak edəcək.

Tədbir çərçivəsində energetika nazirinin “İnkişaf etməkdə olan iqtisadiyyatların iqlim hüquqları: COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair fikirlər” adlı sessiyada çıxışı, “Enerji keçidi üzrə davamlı beynəlxalq fəaliyyətlər” adlı panel müzakirələrdə iştirakı, eləcə də ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yaşıl Enerji Keçidi Konqresi müxtəlif ölkələrdən, təşkilat və şirkətlərdən iştirakçıların bir araya gəldiyi və enerji keçidinin sürətləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı platformadır.

Həftənin ən çox oxunanları

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq
DAVAMIN OXU davamın oxu

Ağdamda yeni elektrik şəbəkəsi qurulur

Ağdamda yeni elektrik şəbəkəsi qurulur
DAVAMIN OXU davamın oxu

Azərbaycan qarğıdalı idxalını artırıb

Azərbaycan qarğıdalı idxalını artırıb
DAVAMIN OXU davamın oxu

Bu gün Xaçmaz və Bakının 3 rayonunda qaz olmayacaq

Bu gün Xaçmaz və Bakının 3 rayonunda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Bakının bu rayonlarında qaz olmayacaq

Bakının bu rayonlarında qaz olmayacaq
DAVAMIN OXU davamın oxu