Əsas məzmuna keç

Azərbaycanın büdcə hesabatı açıqlandı

Azərbaycanın büdcə hesabatı açıqlandı

Maliyyə Nazirliyi dövlət xəzinəsinin icra göstəricilərini təqdim edib. Ölkənin gəlir və xərclərində hansı dəyişikliklər qeydə alınıb? Təfərrüatlar xəbərimizdə.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar-may aylarında Azərbaycanın xəzinədarlıq orqanları 501 mindən çox və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % az ödəniş tapşırığı icra edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 5 ayda icmal büdcənin gəlirləri 19 milyard 865,3 , xərcləri 15 milyard 611,5 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat (1 il əvvələ 4,5 % az, proqnozdan 1,6 % çox), xərcləri 13 milyard 375,2 milyon manat (illik müqayisədə 2,3 %, proqnozdan 3,4 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 4 milyard 253,8 milyon manat, dövlət büdcəsində isə 2 milyard 990,5 milyon manat (13,2 % az) profisit olub.

Hesabat dövründə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 7 milyard 825,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 0,2 % az, proqnozdan 1,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534 milyon manat (1 il əvvəllə müqayisədə 2,1 % az, proqnozdan 0,4 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,3 % çox, proqnozdan 13,3 % çox), sair daxilolmalar 352,4 milyon manat (illik müqayisədə 38,2 %, proqnozdan 2,8 dəfə çox), Dövlət Neft Fondundan transfert 5 milyard 350 milyon manat (proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 281,8 milyon manat (1 il əvvələ nisbətən 29,3 %, proqnozdan 27,2 % az) təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…