Operativ Məlumat Mərkəzi

Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib

1 dəq
Paylaş:
Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Güləş Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə beynəlxalq yarışda ölkəmizi sərbəst güləşçilər təmsil edəcək.

Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ənənəvi turnirdə Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) mübarizə aparacaq.

Sentyabrın 19-da Musa xalçaya çıxacaq. Növbəti gün isə Kənanla Əşrəf güləşəcək.

Qeyd edək ki, sabah start götürəcək yarış sentyabrın 20-nə qədər davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər