Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər

Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər
09.02.2024 18:13
Aa
dəq

Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsində Ali Məhkəmənin müraciəti əsasında Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılarkən qərar qəbul olunub.

Qərarda deyilir ki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir.

Azərbaycan Konstitusiyasının 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair müddəanın əlavə edilməsi Milli Məclisinə tövsiyə olunub.

Eyni zamanda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyənləşdirilməsi parlamentə tövsiyə edilib.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu