Əsas məzmuna keç

Azərbaycanda travmatoloq, cərrah və mama-ginekoloqların maaşı artıb

Azərbaycanda travmatoloq, cərrah və mama-ginekoloqların maaşı artıb

bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında...

Bu il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların isə 3 300 manata yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İcbari üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə həkimlərin orta aylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb:

"Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmət tariflərinin artması olub".

Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…