Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub
18.08.2023 13:06
Aa
dəq

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni qanunla Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub.

Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Həftənin ən çox oxunanları