Əsas məzmuna keç

Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib

Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib

bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən INTOSAI-ın Dövlət...

en ru

Azərbaycanda 2020-2025-ci illərdə dövlət satınalmalarının ümumi 1,6 dəfə artaraq, 6,6 milyard manatdan 10,8 milyard manata yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu yanında və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

Onun sözlərinə görə, dövlət satınalmalarının həcminin artması ölkədə iqtisadi fəallığın genişlənməsini əsas amillərdən biridir: "Dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Dövlət qurumlarının mal, iş və xidmətlərə tələbatının artması biznes subyektlərinin gəlirlərini yüksəldir, istehsal və xidmət sektorlarında dövriyyəni artırır. Nəticədə özəl sektorun inkişafı sürətlənir və iqtisadi artıma əlavə töhfə verilir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…