Əsas məzmuna keç

Azərbaycanda qızıl bahalaşacaq

Azərbaycanda qızıl bahalaşacaq

bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, dünya bazarında qızıl və gümüşün qiymətinin artması ilə onun Azərbaycanın...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 0,77 faiz artaraq, 1 854,6 dollarına bərabər olub. Keçirilən hərrac nəticəsində gümüşün bir unsiyasının qiyməti isə 1,61 faiz artaraq, 21,24 dollar təşkil edib.

Qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına necə təsir edəcək?

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, dünya bazarında qızıl və gümüşün qiymətinin artması ilə onun Azərbaycanın əşyaları bazarında da əksini qismən də olsa tapacağını müşahidə edəcəyik:

“ bazarının maraqlı xüsusiyyəti var. Azərbaycan bazarı böyük deyil. Ona görə də bu bazara məhsulların daxil olma tempi zəifdir. Ay ərzində iri təchizatçılar cəmi 5-10 dəfə məhsul gətirir. Dünya bazarında qiymət baş verəndə onu özlərinin satış qiymətinə tez sirayət etdirirlər.

Digər tərəfdən, zinət əşyaları bazarında qiymətin formalaşmasında başqa faktorlar da rol oynayır. Əhalinin alıcılıq qabiliyyəti, mövsümi, qeyri-mövsümi dövrlər. Ölkədə Ramazan və Məhərrəmlik ayında tələb kəskin şəkildə aşağı enir. Qiymətlərin aşağı düşmə tempi bazara bahalaşma ilə müqayisədə daha gec sirayət edir.

Bahalaşma xüsusən də xam qızılın qiymətinə daha çevik şəkildə reaksiya verir. Çünki ölkəmizdəki bazar iştirakçıları bazarı ilə qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərir. Son 3 ayda xam qızılın qiymətində 4 faizlik bahalaşma baş verib. Amma dünya bazarında baş verən son bahalaşma fonunda ölkəmizdə xam qızılın qiymətində təxminən 1 faizlik artım baş verə bilər. Zinət əşyaları bazarında isə qiymət artımı daha aşağı səviyyədə olacaq. Çünki hazırkı şərtlər daxilində, sürətli inflyasiya fonunda lüks kateqoriyalı məhsullara tələb zəifləyir. Ona görə ola bilsin, zinət əşyaları bazarında qiymət artımı olsa da, 0,5 faizdən çox olmayacaq”.

Qızıl qiyməti

Mərkəzi Bankın bülleteni, 16 oktyabr

Bütün əyarlar və qrafik ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #zinət#artımı
Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…